Ana Sayfa > Qərbi Azərbaycan > Cəbrayılda minaya düşən ANAMA əməkdaşları evə buraxıldı

Cəbrayılda minaya düşən ANAMA əməkdaşları evə buraxıldı


20-06-2022, 16:03. Yazar: sevinc1
Cəbrayılda minaya düşən ANAMA əməkdaşları evə buraxıldı

Mina hadisəsindən sonra profilaktik müayinədən keçirilən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları evə buraxılıb.

Bu barədə aia.az-a ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2022-ci il 17 iyun tarixində Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan bir neçə ANAMA əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilib, onlara psixoloji dəstək göstərilib.

Belə ki, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən Quliyev Ələsgər Asif oğlu və Cəbrayıllı Fərid Zakir oğlu, eləcə də Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Mustafayev Mahir Hüsaməddin oğlu və Gözəlov Samir Arif oğlu bütün zəruri tibbi müayinələrdən keçirilərək evə buraxılıblar. Həkim nəzarətindən keçən hər bir əməkdaşın vəziyyəti qənaətbəxşdir.

aia.az
Geri dön