Ana Sayfa > Parlament > Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir.
Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir.20-06-2022, 13:06. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilib. Sayca 9-cu olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. Forumda dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri və digər nüfuzlu qonaqlar iştirak ediblər. Tədbirdə onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Forumun açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyərək, İlk öncə qonaqları salamlayıb, Forumda iştirak etdiklərinə görə hamıya təşəkkürünü bildirdi. Qarabağ münaqişəsinin həlli regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir, deyən Prezident İlham Əliyev, Ermənistanla münasibətlərin normallaşması prosesində sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdiyini, hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdüyünü, bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdiyini söylədi. Bu gün Azərbaycanın hərbi gücü artır, bu gün Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir, bu gün Azərbaycanda sabitlik, təhlükəsizlik höküm sürür. Azərbaycanın iqtisadi gücü artdıqca, regional proseslərə təsir göstərmək baxımından regionda lider ölkəyə çevrilir. Azərbaycan istəyir ki, regionda sülh olsun. Bunun üçün isə hər ik ölkə tərəfindən müvafiq addımlar atılmalıdır. Azərbaycan öz üzərinə düşən məsələlərdə müvafiq işlər görmüşdür. Artıq Azərbaycan tərəfindən bunun üçün komissiya yaradılmış və bu addımın Ermənistan tərəfindən də atılmasını gözləyir. Prezident İlham Əliyev çıxışında, , sərhədimizin ən böyük hissəsi işğal altında olduğundan orada heç vaxt delimitasiya aparılmadığını, sərhədimizin delimitasiyasına başlanılması ilə bağlı təklif irəli sürdüklərini, buna görə də prosesin başlanıldığını və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutduğunu, hər iki tərəfin sərhəddə görüşməsi də rəmzi xarakter daşıdığını, həmçinin bu məsələdə irəliləyişin olacağına dair mühüm mesajın olduğunu, eyni zamanda, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözlədiyini, lakin Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq indiyədək heç bir çıxış təmin olunmadığını söylədi. Prezident İlham Əliyev IX Qlobal Bakı Forumu vasitəsilə Azərbaycanın mövqeyini bütün dünyaya bildirdi və ölkəmizin regionda sülh istəməsini bəyan etdi. IX Qlobal Bakı Forumunun ən böyük əhəmiyyətindən biri də Azərbaycanın 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etdiyini, Ermənistanın da bu Bəyanata əməl etməyə çağıraraq, sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edildi. Malik Mirzəyev, YAP Lerik Rayon Təşkilatının sədri Geri dön |