Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda koronavirusa yoluxma kəskin
Azərbaycanda koronavirusa yoluxma kəskin17-06-2022, 17:03. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 99 nəfərdir. Ölkədə son sutka ərzində 1 899, hazırkı dövrədək isə 6 934 154 test aparılıb. aia.az Geri dön |