Ana Sayfa > Cəmiyyət > Sumqayıtda ər arvadını öldürdü, sonra...

Sumqayıtda ər arvadını öldürdü, sonra...


19-05-2016, 10:40. Yazar: admin



Sumqayıtda qətl törədilib.

Aia.az bildirir ki, Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb. F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Geri dön