Ana Sayfa > Media > Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının UNİCEF Nümayəndliyi ilə görüşü keçirilib
Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının UNİCEF Nümayəndliyi ilə görüşü keçirilib16-06-2022, 21:42. Yazar: admen |
İyunun 16-da Xəzər Gənclər Evində UNİCEF-in nümayəndəsi xanım Hannah Strohmeier və UNİCEF Azərbaycan Nümayəndəliyindən Aytən Səfərova Xəzər Rayon Gənclərin Yerli Məşvərət Şurasının üzvləri ilə görüşüb. Görüşdə layihə çərçivəsində görülən işlər, ekoloji problemlər, onların müəyyənləşdirilməsi və həlli istiqamətində addımların atılması mövzuları müzakirə olunub. Müxtəlif mövzularda gənclərin fikirləri dinlənilib və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, təlimlər "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması" layihəsi çərçivəsində Avropa İttifaqının dəstəyi, UNİCEF Azərbaycanın texniki dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilib. AİA.Az Geri dön |