Ana Sayfa > Ölkə > 15 İyun - Milli Qurtuluş Günü münasibətilə mastersklass keçirilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə mastersklass keçirilib


15-06-2022, 11:32. Yazar: admen
15 İyun - Milli Qurtuluş Günü münasibətilə mastersklass keçirilib

AİA.Az xəbər verir ki, 13 iyun 2022-ci il tarixdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı çərçivəsində “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə İsmayıllı rayon, Heydər Əliyev adına parkda rəssam-təlimçi Ümüd Həsənli tərəfindən mastersklass keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov və əməkdaşı, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid valideynləri, rəssam-təlimçi Ümüd Həsənli və gənclər iştirak edib.

Tədbirin açılış mərasimi yekunlaşdıqdan sonra rəssam-təlimçi ilk öncə öz fəaliyyəti və əsərlərinin janrı, fərqliliyi və əsas ideyası haqqında gəncləri məlumatlandırıb. İsmayıllı rayonunun bəzi kəndlərinin də yer aldığı etüdlər iştirakçılara mümayiş olunub və canlı formatda çəkilən rəsm vasitəsilə müvafiq nüanslar təlimçi tərəfindən iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra tədbir gənclər tərəfindən ünvanlanan sualların cavanlandırılaraq, fikir mübadiləsinin aparılması istiqamətində davam etdirilib.

Yekunda isə tədbir iştirakçıları ilə birgə İsmayıllı Dövlət Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub və tarixi-mədəniyyət nümunələrinə baxış keçirilib.
Geri dön