Ana Sayfa > Ölkə > Milli Qurtuluş günü Bərdədə geniş qeyd edilmişdir.

Milli Qurtuluş günü Bərdədə geniş qeyd edilmişdir.


15-06-2022, 10:44. Yazar: admen
Milli Qurtuluş günü Bərdədə  geniş qeyd edilmişdir.

AİA.Az xəbər verir ki, tədbir Bərdə rayon İcra Hakimiyyəti, YAP Bərdə rayon təşkilatı və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Park bulvarda keçirilmişdir.

Tədbirdən öncə YAP Bərdə rayon təşkilatının fəalları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək onun xatirəsini dərin ehtiramla yad etmişlər.

Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Tədbirdə Bərdə rayon İcra Hakimiyəti başçısının birinci müavini Vahid Qarayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Mövsümova cıxış edərək ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısında, müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində xilaskarlıq missiyasından, Milli Qurtuluş gününün dövlətçilik tariximizdə yeri və əhəmiyyətindən, Qurtuluşdan Zəfərə gedən yolda ulu öndər Heydər Əliyevin layiqli varisi, müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı müdrik, uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışmışlar. Bildirmişlər ki, bayram bayrama qovuşub. Bugün həm də Azərbaycan Türkiyə qardaşlığının rəmzi olan tarixi Şuşa Bəyannaməsinin imzalanmasından bir il keçir.

Sonra tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş bir qrup ziyalıya YAP üzvlük vəsiqələri təqdim etmişdir.

Tədbir rəngarəng konsert proqramı ilə davam etmişdir.
Geri dön