Ana Sayfa > Media > Şuşa Bəyannaməsi dostluq və qardaşlığın simvoludur
Şuşa Bəyannaməsi dostluq və qardaşlığın simvoludur14-06-2022, 15:52. Yazar: admen |
Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının dərin tarixi kökləri var. Təbiidir ki, bu müttəfiqlikdə əsas rolu genetik doğmalıq, dil və din birliyi, eləcə də mənəvi, milli bağlılıq əsas rol oynayır. Hələ 101 il bundan əvvəl imzalanmış Qars müqaviləsi həmin zaman kəsiyində Türkiyənin Azərbaycanın yanında olduğunu, onun müstəqilliyini, ərazi bütövlyünü qorumaq əzmində olduğunu göstərirdi. İki qardaş dövlətin birliyi və müttəfiqliyi tarix boyu hər bir dövrdə, bütün məsələlərdə hiss olunub və hər iki ölkə mənəvi, siyasi və digər baxımdan bir-birini daim dəstəkləyib. Artıq şanlı ordumuzun qəhrəmanlığı nəticəsində tarixə çevrilmiş Dağlıq Qarabağ münaqişəsi dövründə, istərsə də İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə daim Azərbaycanın yanında olduğunu verdiyi dəstəklə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin rəsmiləri də dəfələrlə vurğulayırdılar ki, Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaqla yanaşı, həm də sarsılmazdır. 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq, erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını təmin etməklə bərabər, davamlı sülhə yol açacaqdır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin məşhur, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir kəlamlarının əksini tapması tarixi qardaşlığın daha möhkəm əsaslar üzərində davam etdiriləcəyinin, regionda söz sahibi olmanın bariz nümunəsidir. Azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlığın mövcud olması tezliklə bu torpaqların gülüstana çevriləcəyindən xəbər verir. Bununla da dünya görəcəkdir ki, bu torpaqların əsil sahibui kimdir. Zəngəzur dəhlizi kimi geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsinə önəm verilməsi həm də nəhəng iqtisadi iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türk dövlətlərinin birliyi təmin olunacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması Azərbaycanın həm coğrafi, həm də geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, həm kommunikasiya, həm də logistika imkanlarını genişləndirəcəkdir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Bu prosesdə Azərbaycanın müdafiə sənayesi sahəsində istehsal mərkəzinə çevrilməsi gələcək perspektivlər baxımından mühüm önəm daşıyan faktordur. Bəyannamə xalqlarımızın gələcək inkişafına, rifahına və təhlükəsizliyinə real təmninatdır.Ona görə də hər iki ölkənin həm xalqı, həm də siyasi dairələri bu Bəyannaməni alqışlayır.Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatında bu hadisə yüksəsk qiymətləndirilmiş və təqdir edilmişdir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaqdır. Lütvəli Şıxəliyev, YAP Saatlı rayon təşkilatının sədri Geri dön |