Ana Sayfa > Manşet / Ölkə > 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuzda növbəti dəfə seçiciləri ilə qəbul keçirmişdir

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuzda növbəti dəfə seçiciləri ilə qəbul keçirmişdir


14-06-2022, 12:17. Yazar: sevinc1
117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuzda növbəti dəfə seçiciləri ilə qəbul keçirmişdir

Hər ay mütəmadi olaraq seçicilərlə görüş keçirən deputat Aqiyə Naxçıvanlı iyun ayında da Oğuz rayonunda onları fərdi şəkildə qəbul etmiş və müraciətlərini dinləmişdir.

Oğuz və Qəbələ rayonlarından qəbula gələn seçicilər sosial-məişət problemləri ilə yanaşı əfv, təhsil, sahibkarlığa dəstək, turizm və sair məsələlərlə bağlı deputata müraciətlər etmişlər. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapmiş, digərləri aidiyyəti üzrə müvafiq orqanlara yönələndirilmiş və bəzi vətəndaşlara isə hüquqları izah olunmuşdur.

Qəbula gələn seçicilər onların müraciətlərinin dinlənilməsinə və həlli üçün göstərilən köməkliklərə görə deputat Aqiyə Naxçıvanlıya razılıqlarını ifadə etmiş, onlarla keçirilən hər görüşün ölkə Prezidenti cənab İlham Əliyevin çıxışlarında vurğuladığı kimi – “vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması və bu münasibətlərin sağlam zəmində qurulması” prinsiplərinə sadiqliyin ifadəsi olduğunu bildirmişlər.

AİA.Az
Geri dön