Ana Sayfa > Cəmiyyət > Avtobus aşdı: xeyli sayda ölən və yaralılar var - İranda

Avtobus aşdı: xeyli sayda ölən və yaralılar var - İranda


18-05-2016, 19:59. Yazar: admin
Avtobus aşdı: xeyli sayda ölən və yaralılar var - İranda




İranın Şimali Xorasan əyalətində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 34 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə bu gün Bocnurd şəhəri yaxınlığında baş verib.

"Volvo" markalı sərnişin avtobusu Zahidan şəhərindən Günbəd şəhərinə gedərkən Bocnurd şəhərinin Mehnan kəndi yaxınlığında qəzaya uğrayıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Sərnişinlər qəzanın sürücünün yüksək sürət üzündən idarəetməni itirməsi nəticəsində baş verdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

aia.Az
Geri dön