Ana Sayfa > Gündəm > Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən 15 iyun Milli Qurtuluş Günü münasibətilə ərazi partiya təşkilatlarında tədbirlər keçirilir
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən 15 iyun Milli Qurtuluş Günü münasibətilə ərazi partiya təşkilatlarında tədbirlər keçirilir13-06-2022, 16:06. Yazar: sevinc1 |
YAP Göygöl rayon təşkilatı üzrə Qızılca kənd ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir zamanı YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək, 15 iyun gününün Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biri olduğunu vurğulayaraq qeyd etmişdir ki, bu gün zaman-zaman tarixin çətin sınaqlarına məruz qalan xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil olub. İyirminci əsrin sonunda ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan 1993-cü ilin yayında öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdığı zaman nicat yolunu Ulu Öndərdə görən müdrik xalqımız “Heydər Baba xalqı bu bəladan qurtar” deyərək onun rəhbərliyə gəlməsini tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında xalqımız həmin dövrdə nəinki dövlətçiliyimizin itirilməsi təhlükəsini uğurla dəf edə bildi, həm də əsrlərdən bəri formalaşmış və Azərbaycanın ən böyük mənəvi sərvətlərindən biri olan milli birliyini qoruyub saxlamağı bacardı. Uzun illər boyu SSRİ kimi nəhəng bir imperiyanın idarəçilik sükanı arxasında yer almış görkəmli dövlət xadimi Heydər Əliyevin topladığı zəngin idarəçilik təcrübəsi məhz 15 iyun günü Azərbaycan xalqının öz müstəqilliyini və birliyini qorumaq istəyi ilə birləşərək dağılmaq ərəfəsində olan ölkəmizi xilas etdi. Bu bayram günü, həm də dövlətçiliyimizin və xalqımızın siyasi həmrəyliyi bayramı kimi də xarakterizə olunur. Çünki bir yandan erməni təcavüzü, digər tərəfdən isə xaricdən dəstəklənən daxili separatçılıqla üzləşmiş Azərbaycanı yalnız xalqla dövlətin həmrəyliyi, birlik və qarşılıqlı fəaliyyəti xilas edə bilərdi. Xalqın siyasi iradəsini əks etdirən bu birliyə arxalanan Heydər Əliyev dühası ölkəni vətəndaş müharibəsindən, daxili hərc-mərclikdən ləyaqətlə çıxara bildi. Daxili sabitlik, iqtisadi islahatlar, demokratik mühitin güclənməsi, ölkə iqtisadiyyatının davamlı inkişafını, Avropaya inteqrasiyasını və regionda həqiqi güc mərkəzinə çevrilməsini şərtləndirdi. Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. 2003-cü ildən bu siyasi kursu inamla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin milli dövlətçilik fəlsəfəsinə istinad edir. Bu gün cənab İlham Əliyevin həyata keçirdiyi çox sahəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Ulu Öndərin zaman baxımından başa çatdıra bilmədiyi bütün işlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Bunu Ulu Öndərin “Biz torpaqlarımıza qayıdacağıq” ifadəsinin reallaşması, torpaqlarımızın işğaldan azad olunması və Möhtəşəm Zəfərin əldə olunması sübut edir. Xalqımız Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək işıqlı, firavan, xoşbəxt gələcəyə doğru inamla addımlayır. Çıxışının sonunda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək Müstəqil Azərbaycan Respublikasının günü-gündən inkişafı və çiçəklənməsi naminə fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Geniş məruzə ilə çıxış edən ərazi partiya təşkilatının sədr müavini Mehparə Qasımova və digər partiya fəalları Azərbaycan tarixinin ən şanlı səhifəsi olan “Qurtuluş Günü”nün xalqımıza bəxş etdiyi töhfələrdən danışmış, Müstəqil Azərbaycanın bu günü və xoşbəxt gələcəyi üçün Ulu Öndərə və Prezident İlham Əliyevə minnətdarlıq ifadə etmişlər. Tədbirin sonunda partiya üzvlüyünə yeni qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub. aia.az Geri dön |