Ana Sayfa > Şou-biznes > Qardaşına donor olan Nərminin vəziyyəti necədir? - FOTO

Qardaşına donor olan Nərminin vəziyyəti necədir? - FOTO


13-06-2022, 10:25. Yazar: admen
Qardaşına donor olan Nərminin vəziyyəti necədir? - FOTO

Qardaşı Kamran Kərimbəyova donor olduqdan sonra bir müddət reanimasiyada qalan müğənni Nərmin Kərimbəyova son vəziyyətini açıqlayıb.
AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.
Kərimbəyova ona görə narahat olanlara təşəkkürünü bildirib: "Mənə görə narahat olanlar, yazanlar , zəng edənlər, dua edənlər...Bu sevgiyə görə çox sağ olun. Nigaran qalmayın. Artıq palatadayam".
O, hazırkı vəziyyəti barədə bunları qeyd edib: "Hələ ki, qan azlığı və ağrılarla mubarizə aparıram. Allah kərimdir. Görüşmək ümüdi ilə".
Qeyd edək ki, Nərmin bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamrana verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Müğənni əməliyyatdan sonra reanimasiyaya düşüb, daha sonra palataya köçürülüb. Nərminin qardaşı uzun illərdir "Hepatit B" xəstəliyindən əziyyət çəkir.
Geri dön