Ana Sayfa > Karusel / İdman > “Formula-1”: İkinci sərbəst yürüş başa çatıb

“Formula-1”: İkinci sərbəst yürüş başa çatıb


11-06-2022, 09:45. Yazar: admen
“Formula-1”: İkinci sərbəst yürüş başa çatıb

"Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Son məşq 1 saat davam edib.

Burada ən yaxşı nəticəni Şarl Lekler ("Ferrari") göstərib. O, dövrəni 1 dəqiqə 43,224 saniyəyə qət edib.


Lekler birinci sərbəst yürüşün ən sürətlisi olan Serxio Peresi ("Red Bull") qabaqlayıb. O, dövrəni 1 dəqiqə 43,472 saniyəlik göstərici ilə başa vurub.

İlk "üçlüy"ü Peresin komanda yoldaşı Maks Ferstappen qapayıb. O, 1 dəqiqə 43,580 saniyə nəticə göstərib.

AİA.Az
Geri dön