Ana Sayfa > Seçki 2024 > Qazaxda yeniyetmə qızı zorla ərə vermək istəyirdilər, polis qoymadı

Qazaxda yeniyetmə qızı zorla ərə vermək istəyirdilər, polis qoymadı


11-06-2022, 09:43. Yazar: admen
Qazaxda yeniyetmə qızı zorla ərə vermək istəyirdilər, polis qoymadı

Qazaxda yetkin yaşına çatmayan şəxsin erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun AİA.Az-a verdiyi məlumata görə, Qazax rayon Polis Şöbəsinə rayonun Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsin ailə qurması və bununla bağlı toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb.

Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.
Geri dön