Ana Sayfa > Gündəm > Cavid Osmanov: Heydər Əliyev Azərbaycan xalqını və Azərbaycanı özündən çox istəyirdi
Cavid Osmanov: Heydər Əliyev Azərbaycan xalqını və Azərbaycanı özündən çox istəyirdi10-06-2022, 12:07. Yazar: sevinc1 |
![]() "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-1993-cü illər, yəni müstəqilliyin ilk illəri xalq və dövlətimiz üçün çox ağır keçdi. Bu illər ərzində Azərbaycan müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xüsusən AXC-Müsavat cütlüyünün bəzi üzvlərinin xəyanətkarlığı və səriştəsizliyi nəticəsində Azərbaycanda vətəndaş qarşıdurması, özbaşınalıq, xaos, anarxiya və digər tərəfdən də bu vəziyyətdən istifadə edərək erməni quldurları Azərbaycan torpaqlarını günbəgün işğala məruz qoyurdular". Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib. C.Osmanov qeyd edib ki, 1992-ci ildə məhz siyasi hakimiyyətə gəlmək məqsədilə AXC-Müsavat cütlüyünün xəyanəti, ölkədə yaratdıqları xaos nəticəsində, qarşıdurma nəticəsində ermənilər ilk növbədə məhz Şuşanı işğala məruz qoydular: "Ondan sonra AXC-Müsavat cütlüyü siyasi hakimiyyətə gəldi. Həmin ərəfədə Şuşadan 10 gün sonra Laçın da ermənilər tərəfindən işğala məruz qoyuldu. Əlbəttə ki, müstəqillik illərinin bütün dövrlərinə baxsaq, 1992-1993-cü illər xalqımız üçün ən ağır illər idi. Çünki elə AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə torpaqlarımızın əsas hissəsi işğala məruz qaldı, ölkə tamamilə məhv olma təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Bir sıra bölgələrimizdə artıq xarici təsirlər altında separatizm baş qaldırırdı. Digər bir tərəfdən ölkədə vətəndaş qarşıdurması mövcud idi. Vətəndaş müharibəsi astanasında idilər. Əlbəttə ki, artıq Azərbaycan xalqının da AXC-Müsavat cütlüyünə inamı tamamilə sarsılmışdı və Azərbaycan xalqı yaxşı başa düşdü ki, bu səriştəsiz hakimiyyət eyni zamanda bir xəyanət yolunu tutub. Belə olan halda ölkənin ən mürəkkəb dövründə, artıq Bakı ilə Gəncə üz-üzə qaldığı bir dövrdə bir tərəfdə Bakıda AXC-Müsavat cütlüyü, digər bir tərəfdə Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə 709 saylı hərbi hissə artıq ətraf şəhərlərdə hakimiyyət nümayəndələrini devirirdilər. Hakimiyyəti ələ alırdılar və artıq vətəndaş qarşıdurması, vətəndaş müharibəsi başlamaq ərəfəsində idi". Deputat sözlərinə belə davam edib: "Çox təəssüf ki, həmin illərdə qardaş qanı da axıdıldı və 35 nəfər bizim hərbçi vətəndaşlarımız həmin qardaş qarşıdurmasında öz həyatlarını itirdilər. Artıq Azərbaycan xalqı yeganə çıxış yolunu Ümummilli Lider Heydər Əliyevdə görürdü. Baxmayaraq ki, məhz o vaxtkı AXC-Müsavat hakimiyyəti Ümummilli Liderimizin Bakıya, Azərbaycana gəlməyinə mane olurdu. Ümummilli Lider həmin illərdə məhz Naxçıvanda Ali Sovetin sədrliyinə rəhbərlik edirdi və blokada şəraitində olan Naxçıvanı həm də erməni quldurlarından qoruyurdu. Eyni zamanda Naxçıvanda nizam-intizam yaradılmışdı. Əlbəttə ki, xalq təkidlə Heydər Əliyevi tələb edirdi. Artıq 1992-ci ilin noyabr ayında Ümummilli Liderimiz məhz Naxçıvanda bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasını yaratmışdı. O, partiyaya özü şəxsən rəhbərlik edirdi. Partiyanın ziyalıları Heydər Əliyevə durmadan müraciət edirdilər ki, o Bakıya qayıtsın və Azərbaycanı qorusun. Əlbəttə həmin ərəfədə elə vaxtilə Heydər Əliyevi Bakıya, Azərbaycana, Naxçıvana gəlməyə qoymayan AXC-Müsavat hakimiyyəti özü də Heydər Əliyevdən xahiş edirdi, yalvarırdı ki, məhz Heydər Əliyev Bakıya gəlsin və onların da canını qurtarsın. Əslində ulu öndər Heydər Əliyev həmin zaman olmasa və Bakıya qayıtmasa idi Azərbaycanın müstəqilliyi tamamilə itiriləcək, ölkəmiz parçalanacaqdı. Azərbaycan ümumilikdə dünya coğrafiyasından tamamilə silinəcəkdi, Azərbaycan xalqı məhv olacaqdı. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqını və Azərbaycanı özündən çox istəyirdi, canından çox istəyirdi. Həmin ərəfədə əlbəttə ki, Heydər Əliyev Bakıya qayıtdı. Çox təhlükəli olsa da Ümummilli Liderimiz məhz 9 iyun tarixində Bakıya qayıtdı, sonra Gəncəyə yola düşdü. Böyük bir cəsarət tələb edirdi və bunu da Heydər Əliyev bacardı. Danışıqlardan sonra artıq AXC-Müsavat hakimiyyəti tamamilə tənəzzülə uğramışdı və Ümummilli Liderimiz Ali Sovetin Sədri vəzifələrini icra etməyə, eyni zamanda da Prezidentlik vəzifəsinin səlahiyyətlərini icra etməyə başladı. Əlbəttə bu tarix artıq 15 iyun günü kimi Azərbaycanın müstəqil tarixində Qurtuluş Günü kimi əbədi olaraq qalacaqdır. Çünki 9 iyunda Bakıya gələn Ümummilli Liderimiz 1993-cü ildə artıq 15 iyunda ölkəyə rəhbərlik etməyə başlayırdı. Bundan sonrakı mərhələ əlbəttə ki, Azərbaycanda ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçilik və idarəçilik ənənələrinin qoyulması, atəşkəsin elan olunması, o cümlədən "Əsrin müqaviləsi" neft kontraktının imzalanması hansı ki, bugünkü güclü iqtisadiyyatımızın təməlini təşkil edir. 2003-cü ildə möhtərəm cənab Prezidentimiz, dahi şəxsiyyət, dahi sərkərdəmiz Azərbaycan Prezidenti seçildikdən sonra Heydər Əliyev inkişaf strategiyasının zamanın, müasir dövrün tələblərinə uyğun daha da inkişaf edir və möhkəmləndirdi. Heç şübhəsiz, ölkəmiz bu gün dünyada ən hörmətlə yanaşılan bir ölkədir. Dünyanın ən nüfuzlu ölkələrindən biridir. Heç şübhəsiz ölkəmiz bu gün dünyanın böyük meqa layihələrinin təşəbbüskarı və həyata keçirən bir ölkəyə çevrildi." YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, ölkəmiz çox böyük beynəlxalq təşkilatlara rəhbərlik edən, Avropanın enerji təhlükəsizliyini şaxələndirən, təmin edən, dünyanın ən əlverişli logistika mərkəzinə, nəqliyyat dəhlizlərinin keçdiyi bir mərkəzə çevrilmişdir: "Əlbəttə ki ən böyük nailiyyətimiz məhz müzəffər Ali Baş Komandan, dahi sərkərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədir ki, Azərbaycan tarixində heç zaman bu qədər şanlı qələbə olmamışdır. Əlbəttə bunun da kökündə Prezident cənab İlham Əliyevin düzgün qurduğu strategiya, düşünülmüş siyasət nəticəsində baş verdi və bu gün Azərbaycan Prezidenti dünya liderləri içində ən hörmətli, ən nüfuzlu liderlərdən biridir. 9 iyun 1993-cü il əlbəttə ki Azərbaycanı qurtuluşa aparan bir tarixdir, Qurtuluş isə 15 iyun 1993-cü il tarixi isə müstəqilliyimizin, xalqımızın, dövlətçiliyimizin qorunması, ölkəmizin inkişafı və bizi 44 günlük Vətən müharibəsində zəfərə aparan yolun məhz başlanğıcı idi. Heç şübhəsiz bu günkü güclü və qüdrətli Azərbaycanın təməl daşı 15 iyun 1993-cü ildə Qurtuluş günündə qoyulmuşdur." Geri dön |