Ana Sayfa > Aia TV > Bakının məşhur restoranlar şəbəkəsində qeyri-adi hesab

Bakının məşhur restoranlar şəbəkəsində qeyri-adi hesab


18-05-2016, 19:09. Yazar: admin
Bakının məşhur restoranlar şəbəkəsində qeyri-adi hesab





Bakıda bir neçə yerdə filialı olan "Mado" restoranlar şəbəkəsi telefonu şarj etmək istəyən, amma daha sonra imtina edən müştərisindən 35 manat tələb edib.

AIA.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə sosial şəbəkədə Şahin Amanov adlı istifadəçi məlumat yayıb. O bildirib ki, bu gün günorta saatlarında "Mado"da qəribə hadisə ilə üzləşib: "Telefonu "zaryadka"ya qoymaq istədim,ofisiant dedi ki, 10-15 dəqiqədən sonra mümkün olacaq, çünki "zaryadka"da 7-8 telefon var. Dedim onda hesabı gətirin, "zaryadka" lazım deyil. Hesab gəldi, ofisianta dedim "Qardaş, bu Powerbank 5200 nədirsə, biz belə şey yeməmişik".

Ofisiant isə müştəriyə bildirib ki, sözügedən 35 manat telefonu şarja qoyan aparatın (Powerbank 5200) qiymətidir: "Onu da hesaba hər ehtimala qarşı yazırıq ki, birdən gedəndə götürüb özünüzlə apararsız".

***

"Mado Cafe"nin marketinq meneceri İlham Məmmədli qafqazinfo-ya açıqlamasında bildirib ki, onlar müştərinin həmin "Powerbank" aparatını götürüb aparması ehtimalına qarşı onun qiymətini hesaba vururlar: "Biz bunu ona görə edirik ki, həmin müştərinin "Powerbank" istədiyi yadda qalsın və hesab götürülərkən ondan həmin aparatı geri qaytarmasını istəyək. Müştəridir də, birdən götürüb aparar. Əgər aparmaq istəsə, pulu ödəyir, istəməsə, aparatı geri qaytarır və həmin məbləğ hesabdan çıxarılır".

aia.az
Geri dön