Ana Sayfa > Siyasət > Sarkisyan 4 səfiri geri çağırdı

Sarkisyan 4 səfiri geri çağırdı


18-05-2016, 18:57. Yazar: admin
Sarkisyan 4 səfiri geri çağırdı





Ermənistan prezidenti Serj Sarkisyan ölkənin 4 səfirini geri çağırıb

Anspress bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən deyiblər.

Ermənistanın müqəddəs taxt-tacdakı fövqəladə və səlahiyyətli səfiri Mikael Minasyan Portuqaliyada Ermənistanın fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sarkisyanın digər fərmanına əsasən, Sarkis Kazaryan Ermənistanın İtaliyadakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. Bundan başqa, Ermənistanın Xorvatiya, San-Marino, Malta və Sloveniyadakı səfirləri də vəzifələrindən azad ediliblər.

Hazırda müvafiq fərmana uyğun olaraq İtaliyaya səfir vəzifəsinə Viktoriya Baqdasaryan, Xorvatiyaya isə Arman Kirakosyan təyin olunub.

Görünür, diaspora və diplomatik nümayəndələrindən narazı qalan Sarkisyan radikal addımlar atır.

Ümumiyyətlə isə aprel döyüşlərindən sonra hadisələrdən narazı qalan Ermənistan prezidenti bir neçə yüksəkrütbəli hərbçini də işdən çıxarıb.

Belə ki, onun sərəncamı ilə Ermənistan müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb.

İşdən qovulanlar arasında Baş Qərargahın Kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, Rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var.

Səfirlərin çıxarılmasının da Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları zamanı Ermənistan ordusunun aldığı ağır zərbə ilə bağlı olduğuna heç bir şübhə yoxdur.

aia.az
Geri dön