Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda “Card to card”a görə ən az və ən çox xidmət haqqı tutan banklar

Azərbaycanda “Card to card”a görə ən az və ən çox xidmət haqqı tutan banklar


9-06-2022, 08:58. Yazar: admen
Azərbaycanda “Card to card”a görə ən az və ən çox xidmət haqqı tutan banklar

Azərbaycanda bank kartları ilə ödənişlər, elektron əməliyyatlar artmaqda davam edir. Hazırda ölkə üzrə ən çox istifadə edilən əməliyyatlardan biri də əsasən mobil tətbiqlər vasitəsilə icra edilən kartdan karta köçürmə (card to card) əməliyyatlarıdır.

AİA.Az bildirir ki, "APA-Economics" Azərbaycan banklarının "card to card" üzrə tarif və xidmət şərtlərini araşdırıb.

Bankların verdiyi məlumatlara əsasən, hazırda ölkə üzrə digər bank kartlarına ən aşağı köçürmə tarifini "Premium Bank" həyata keçirir - 0,02%. Məbləğ olaraq ən aşağı xidmət haqqı isə "Ziraat Bank Azərbaycan"dadır - 20 qəpik.

Debet və əmək haqqı kartlarından fərqli olaraq kredit kartlarından "card to card" əməliyyatlarına görə, banklardan daha çox faiz tutur. Kredit kartından "card to card"a görə ən yüksək komissiyanı "Bank VTB" tətbiq edir. Bank bu əməliyyat üzrə minimum 3 manat, ümumilikdə isə 5% xidmət haqqı tutur.

Azərbaycan bankları arasında hazırda yalnız "Bank Melli İran" və "Yapı Kredi Bank" kartdan karta köçürmə əməliyyatlarını icra etmir. Pakistan Milli Bankının Bakı filialı isə ümumiyyətlə bütün xidmətləri dayandırıb.
Geri dön