Ana Sayfa > Dünya > Tehranda Milli Bankın filialını yarıblar
Tehranda Milli Bankın filialını yarıblar8-06-2022, 17:20. Yazar: admen |
İranın paytaxtı Tehran şəhərində Milli Bankın Tehran Universiteti filialı oğrular tərəfindən qarət olunub. AİA.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 250 əmanət kassasına xəsarət vurulduğu və 169 kassanın isə boşaldıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır. İranın Milli Bankı zərərçəkənlərə kompensasiyanın ödəniləcəyini elan edib. Hadisə ilə əlaqədar bir neçə şübhəlinin saxlanıldığı qeyd olunur. Geri dön |