Ana Sayfa > Karusel / Ölkə > Bakıda kişiyə qarşı soyğunçuluq -

Bakıda kişiyə qarşı soyğunçuluq -


8-06-2022, 10:57. Yazar: sevinc1
Bakıda kişiyə qarşı soyğunçuluq -

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində paytaxt sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

aia.az
Geri dön