Ana Sayfa > Seçki 2024 > Naxçıvanda qadını maşın vurub öldürdü

Naxçıvanda qadını maşın vurub öldürdü


8-06-2022, 10:52. Yazar: sevinc1
Naxçıvanda qadını maşın vurub öldürdü

Naxçıvanda avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, iyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

aia.az
Geri dön