Ana Sayfa > İdman > ÇL-da mövsümün ilk püşkü atıldı

ÇL-da mövsümün ilk püşkü atıldı


7-06-2022, 16:22. Yazar: sevinc1
ÇL-da mövsümün ilk püşkü atıldı

UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.

aia.az xəbər verir ki, püşkatma nəticəsində ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib.

Bu raundda Estoniya “Levadiya”sı İslandiyanın "Vikinqur" komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorranın "İnter" (Eskaldes) kollektivinə rəqib olub.

Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada gerçəkləşəcək.

İlkin təsnifat mərhələsinin qalibi I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu raundun püşkü isə iyunun 14-də atılacaq.

aia.az
Geri dön