Ana Sayfa > Seçki 2024 > Lənkəranda Şəhid Kapitan Vüsal Quliyevin xatirəsinə həsr olunmuş tədbiri keçirilib

Lənkəranda Şəhid Kapitan Vüsal Quliyevin xatirəsinə həsr olunmuş tədbiri keçirilib


7-06-2022, 11:50. Yazar: sevinc1
Lənkəranda Şəhid Kapitan Vüsal Quliyevin xatirəsinə həsr olunmuş tədbiri keçirilib

Lənkəranda Vətən Müharibəsində Qəhrəmancasına Şəhid olmuş Kapitan Vüsal Quliyevin Doğum gününə həsr olunmuş xatirə tədbiri keçirilib. Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Giriş sözü ilə Xatirə tədbirinin rejissoru Cəfər Fətullayev açaraq Şəhidin keçdiyi həyat və döyüş yolundan məlumat verib.

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Ü.Əliyeva, QMİ-Qazisi Hacı Sədi Axundzadə, Lənkəran ŞİH - nin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Cavad Miriyev, Lənkəran Şəhər Xarici dillər təmayüllü gimnaziya məktəbinin direktoru Mansur Ağayev, QƏQİB Lənkəran filialının sədri Əlisafa Ağayev çıxış edərək Şəhid Kapitan Vüsal Quliyevin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlığan danışdılar.
Sonra Şəhid Kapitan Vüsal Quliyevin atası Tahir Quliyev xatirə tədbirinin təşkilatçısı və iştirakçılarına təşəkkür edib

Sonda Xatirə tədbirinin bədii hissəsində:Gənc Müğənni Allahverən Pərvizoğlunun ifasında "Ata Həsrəti" mahnısı "Cəfər müəllimin Nəvələri" qrupunun üzvlərinin ifasında isə vətənpərvərlik ruhunda şeirlər səsləndirib

aia.az
Geri dön