Ana Sayfa > Səhiyyə > 15 iyun Milli Qurtuluş Günü münasibətilə Mərkəzi Rayon Xəstəxanası və Qaz İstismar Sahəsi ərazi partiya təşkilatlarında yığıncaqlar keçirildi

15 iyun Milli Qurtuluş Günü münasibətilə Mərkəzi Rayon Xəstəxanası və Qaz İstismar Sahəsi ərazi partiya təşkilatlarında yığıncaqlar keçirildi


7-06-2022, 11:29. Yazar: sevinc1
15 iyun Milli Qurtuluş Günü münasibətilə Mərkəzi Rayon Xəstəxanası və Qaz İstismar Sahəsi  ərazi partiya təşkilatlarında yığıncaqlar keçirildi

Hər iki ərazi partiya təşkilatında “Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir” mövzusunda mühazirələr oxunmuşdur.04 iyun qiyamından sonra Azərbaycan xalqı üzünü öz liderinə çevirərək hakimiyyətə gəlməsini xahiş və tələb etdi.Məhşur 91-lər xalqımızın adından Naxçıvan şəhərində oldular və Ümummilli Lider razılıq verərək yenidən ölkə rəhbərliyinə gəldi.

Bu gün onun siyasi varisi Ali Baş Komandan,Ölkə Prezidenti,Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev vaxt baxımından onun görə bilmədiyi işləri layiqincə həyata keçirdi.

Yığıncaqda çıxış edən Elşən Alıyev,Elvin Əliyev və Aynur Mahmudova Allahdan Ümummilli Liderə rəhmət dilədilər,dövlətimizin bundan sonra da cənab İlham Əliyevin liderliyi ilə uğurlar əldə edəcəyinə əmin olduqlarını bildirdilər.

aia.az
Geri dön