Ana Sayfa > Seçki 2024 > İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir

İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir


6-06-2022, 15:39. Yazar: sevinc1
İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir

İyun ayının 1-də paytaxtımız Bakı şəhərində tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. Bakı Enerji Həftəsi çərçivəsində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə keçirilən bu mötəbər tədbir dövlətlərarası iqtisadi əməkdaşlıq üçün yeni üfüqlər açacaq, münasibətlərə töhfələr verəcəkdir.

Dünyanın enerji xəritəsini dəyişən Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Xəzər Neft-Qaz sərgiləri və keçirilən konfranslar həmişə uğurla nəticələnib və xalqlararası əməkdaşlığın genişlənməsinə stimul yaradıb. Böyük maraqla qarşılanan belə tədbirlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, «Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir».Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafına göstərilən diqqətin, onun hazırladığı neft strategiyasının daha geniş miqyasda tətbiqinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması «Əsrin kontraktı”»nın imzalanması ilə təsdiqləndi.

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

Bu gün Azərbaycan Avropanın enerji təminatı üçün etibarlı tərəfdaşdır. Ölkəmizdə ənənəvi enerji mənbələri ilə yanaşı külək və günəş enerjisindən istifadə üçün mühüm addımlar atılır. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir ki, bu da çox böyük göstəricidir. Eyni zamanda İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Gələcək perspektiv ünün hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.Həyata keçirilməsi nəzərdə tutulan bütün enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bu göstəricilər də öz növbəsində ölkəmizin etibarlı tərəfdaş olmasını bir daha sübut edir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaşdır. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözləyir.İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur.Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq.

Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir.Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub.Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır.Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Biz əlavə kreditlər götürə bilərik, sadəcə, bunu etmirik, çünki buna ehtiyac yoxdur. Biz xarici borcumuzu ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq istəyirik və bununla bağlı hökumətə göstəriş vermişəm.

Dünyada məşhur “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, “Masdar” şirkəti tərəfindən isə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə də bu istiqamətdə iş aparılır. Bütün bunlar ölkəmizdə qaza qənaət olunmasına və ixracına imkanlar yaradacaq.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Geri dön