Ana Sayfa > Ölkə > Daha 360 hektara yaxın ərazi minalardan təmizlənib

Daha 360 hektara yaxın ərazi minalardan təmizlənib


6-06-2022, 13:46. Yazar: admen
Daha 360 hektara yaxın ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AİA.Az-a verilən məlumata görə, iyunun 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 54, tank əleyhinə 25 mina və 206 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 357 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Geri dön