Ana Sayfa > Seçki 2024 > Şamaxı sakini imkanlı həmvətənlərimizdən ona ürək köçürülməsi əməliyyatının keçirilməsində köməklik göstərmələrini xahiş edir

Şamaxı sakini imkanlı həmvətənlərimizdən ona ürək köçürülməsi əməliyyatının keçirilməsində köməklik göstərmələrini xahiş edir


6-06-2022, 13:21. Yazar: sevinc1
Şamaxı sakini imkanlı həmvətənlərimizdən ona ürək köçürülməsi əməliyyatının keçirilməsində köməklik göstərmələrini xahiş edir

Bu günlərdə AİA.Az sayıtının elektron ünvanına Şamaxı rayonu, Dağ Bağırlı kənd sakini Abdurreyimov Cabar Fayiq oğlu məktubla müraciət edib. Cabar Abdurreyimov bildirir ki, o, anadangəlmə ürək qüsurundan əziyyət çəkir. Son vaxtlar isə, xəstəliyinin ağırlaşması ilə əlaqədar vəziyyəti çox pisləşib. Cabar Abdurreyimovun sözlərinə görə, həkimlər bu xəstəlikdən qurtulmağın yeganə çarəsi kimi yalnız ürək köçürülməsi əməliyyatını göstəriblər. Bu əməliyyat isə, təbii ki, heç də ucuz başa gəlmir. Cabar Abdurreyimov bildirir ki, belə bir əməliyyatın Hindistan və ya Belarusda 200 000 manata (118 500 ABŞ dolları) başa gəldiyini öyrənib. Buna görə də təcili əməliyyata ehtiyacı olan Cabar öz problemini ictimailəşdirmək yolu ilə imkanlı şəxslərdən yardım istəmək qərarına gəlib. Cabar Abdurreyimov hər kəsdən özünün bu bəladan qurtulması üçün kömək istəyir.
Aşağıdakı telefon nömrəsi ilə birbaşa Abdurreyimov Cabar Fayiq oğlu ilə əlaqə saxlaya bilərsiz: (050) 791-15-23.

Geri dön