Ana Sayfa > Seçki 2024 > İyuldan bağçalara qəbul başlanılacaq

İyuldan bağçalara qəbul başlanılacaq


6-06-2022, 12:08. Yazar: admen
İyuldan bağçalara qəbul başlanılacaq

Bu ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək. Prosesə iyul ayında start veriləcək.

Bu barədə AİA.Az-a Təhsil Nazirliyindən məıumat verilib.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq."İyunun 1-dən qəbulun elektronlaşdırılması üzrə işlər çərçivəsində məktəbəqədər müəssisələrdə təhsil alan uşaqların məlumatlarının elektron sistemdə toplanılmasına artıq başlanılıb.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir", -deyə bildirilib.
Geri dön