Ana Sayfa > Seçki 2024 > Lənkəranda Vətən Müharibəsi Qəhrəmanı Samir Allahverdiyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib.

Lənkəranda Vətən Müharibəsi Qəhrəmanı Samir Allahverdiyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib.


3-06-2022, 18:23. Yazar: admen
Lənkəranda Vətən Müharibəsi Qəhrəmanı Samir Allahverdiyevin  xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn və ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunan Allahverdiyev Samir Elçin oğlunun xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.

AİA.Az xəbər verir ki, Lənkəran şəhərində təşkil olunan turniri Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları Axundov Böyükağa ,Əliyev Yalçın , YAP Lənkəran rayon təşkilatı M.M.Axund küçəsi 94 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,5 saylı tam orta məktəbin drektoru Əzimova Bəsirə, Lənkəran –Astara regional təhsil idarəsinin sektor müdüri Ülviyə Əliyeva və Qafqaz müsəlmanları idarəsinin Cənub regionu üzrə Qazisi Axundov Sədi ,Cənub regional futbol federasiyasının prezidenti Sakin Məmmədzadə , şəhid ailələri və qazilər, futbolsevərlər izləyiblər.

Final matçından əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, sonra Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsindəki Zəfər salnaməmiz tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Bu möhtəşəm Qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Ordumuzun şücaəti, qəhrəmanlığı, xalqımızın birliyi hesabına qazandıq.

Daha sonra qalib və mükafatçı komandalar diplom və kubokla təltif edilmişlər.

Sonda incəsənət nümayəndələri tərəfindən rəşadətli Azərbaycan Ordusunu və Qələbəni tərənnüm edən vətənpərvərlik mahnıları səsləndirilib.
Geri dön