Ana Sayfa > Siyasət > Küveyt Əmiri İlham Əliyevi təbrik edib

Küveyt Əmiri İlham Əliyevi təbrik edib


3-06-2022, 15:15. Yazar: sevinc1
Küveyt Əmiri İlham Əliyevi təbrik edib

Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

aia.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Dost ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan sıx əlaqələrin bundan sonra da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı tərəqqi və rifah diləyirəm".


aia.az
Geri dön