Ana Sayfa > Media > Bakıda əcnəbi turistin altı min dollarını apardılar: Keçmiş məhkum ƏLƏ KEÇDİ

Bakıda əcnəbi turistin altı min dollarını apardılar: Keçmiş məhkum ƏLƏ KEÇDİ


3-06-2022, 15:01. Yazar: sevinc1
Bakıda əcnəbi turistin altı min dollarını apardılar: Keçmiş məhkum ƏLƏ KEÇDİ

Bakıda keçmiş məhkum əcnəbi turistin pulunu oğurlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Onun Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev olduğu müəyyənləşib.

Hazırda faktla bağlı araşdırma aparılır.

AİA.Az
Geri dön