Ana Sayfa > Seçki 2024 > Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir

Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir


3-06-2022, 14:36. Yazar: sevinc1
Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan Bakida ilk dəfə keçirilən “TEKNOFEST AZƏRBAYCAN” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST AZƏRBAYCAN” festivalı keçirildiyi məkana gəldilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır. 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar

Festifal iştirakçılarını salamlayan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında önəmli mesajlar verərək bildirdi ki,“Cari il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ilidir. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.Türkiyə Prezidenti deyib ki, Azərbaycan qarşılaşdığı saysız haqsızlığa rəğmən mədəniyyətdə və inkişafda dastan yazıb: “Biz haqsızlıq qarşısında susanlardan olmadıq, olmayacağıq. Bu vəsilə ilə Heydər Əliyev atamızı da yad edirəm, məkanı cənnət olsun. Biz təhdidlə qorxudulanlardan olmadıq, olmayacağıq. Haqlı davamızı müdafiə etməkdən geri durmadıq, durmayacağıq. Bizim kimsənin torpağında gözümüz olmadığı kimi kiməsə verəcəyimiz bir qarış torpağımız yoxdur. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Müzəffər Ali Baş Komandan, qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi. Ağıl, texnologiya və vətənpərvərlik bir araya gələndə nələrin olduğunu bütün dünya gördü”.

Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir.Şuşa Bəyannaməsində müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir.Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.

Şahzadə Qəhrəmanlı,
Qazax-Tovuz Regional Təhsil İdarəsi
Gədəbəy rayon Təhsil sektoru, aparıcı məsləhətçi fəal gənc

Geri dön