Ana Sayfa > Ölkə > Bərdədə Peşələr Festivalı keçirilmişdir.

Bərdədə Peşələr Festivalı keçirilmişdir.


3-06-2022, 12:52. Yazar: sevinc1
Bərdədə Peşələr Festivalı keçirilmişdir.

AİA.Az xəbər verir ki, Bərdədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Peşələr Festivalı keçirilmişdir.

Festivalda Bərdə rayon İcra Hakimiyyətinin başçısının müavini Vahid Qarayev, millət vəkili Fatma Yıldırım, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi karyera filialının müdiri Toğrul Ələkbərov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.
Layihənin məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.

Öyrən, əylən, peşəni seç!
Geri dön