Ana Sayfa > Təhsil > Polimer Materialları İnstitutunda magistrantların yay sessiyası imtahanları keçirilir

Polimer Materialları İnstitutunda magistrantların yay sessiyası imtahanları keçirilir


3-06-2022, 12:41. Yazar: sevinc1
Polimer Materialları İnstitutunda magistrantların yay sessiyası imtahanları keçirilir

AİA.Az xəbər verir ki, AMEA-nın Polimer Materialları İnstitutunun magistrantları üçün yay sessiyasının imtahanları başlayıb.
02 iyun 2022-ci ildə institutun “Yüksək molekullu birləşmələr” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri Aydan Ələmdarlı, Günay Mansurova və Elman Məmmədov “Monomer kimyası” fənni üzrə imtahanda iştirak ediblər. İmtahanı Aqrokimya təyinatlı polimer materiallar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əmiraslan Qaramanov götürüb. İmtahan qüvvədə olan təlimata uyğun həyata keçirilib. Hər bir magistrant imtahanı uğurla başa vurub.

Növbəti imtahan 06 iyun tarixində “Kompozisiya materialları kimyası” fənni üzrə keçiriləcək.
Geri dön