Ana Sayfa > Gündəm > Azərbaycanın birinci xanımı Milli Məclisə müraciət etdi
Azərbaycanın birinci xanımı Milli Məclisə müraciət etdi17-05-2016, 16:48. Yazar: admin |
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyeva 28 May - Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib. Aia.az-ın xəbərinə görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. Bu, M.Əliyevanın amnistiya aktı ilə bağlı MM-ə dördüncü müraciətidir. 10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3 500 nəfər məhkum azadlığa çıxacaq. M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq Geri dön |