Ana Sayfa > Siyasət > İki dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə dünyada sarsılmaz birlik nümayiş etdirir

İki dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə dünyada sarsılmaz birlik nümayiş etdirir


1-06-2022, 17:57. Yazar: sevinc1
İki dost  və  qardaş ölkə olan Azərbaycan  və Türkiyə  dünyada sarsılmaz birlik nümayiş etdirir


Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, bu gün Azərbaycan – Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çoxu üçün mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Belə olduqda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi. Vətən savaşında Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də birmənalı olaraq Azərbaycana dəstək göstərildi. Qardaş ölkənin xalqımıza çox böyük siyasi və mənəvi güc verməsi 44 günlük İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Belə ki, 30 il ərzində Vətənimizin 20 faiz hissəsi işğal altında olduğu zaman Azərbaycan sülh danışıqları ilə ərazi bütövlüyünü bərpa etməyə çalışdı. Dünyada mövcud ikili standartlar, dünya güclərinin bir çox hallarda haqsızın-qəsbkarın yanında dayanması, ölkəmizin sülh çağırışlarına susqunluqla yana¬şılması təəssüf doğurdu. Azərbaycan son nəticədə yeganə yolu ədalətin bərpasını-torpaqların geri qaytarılmasını həbi gücdə gördü. Buna görə də ordu quruculuğunu inkişaf etdirmək, münafiə sənayesini müasir tələblər səviyyəsində qurmağı prioritet istiqamət kimi seçdi. Yalnız ərazilərimizin azad olunması¬nı bu yolla-hərbi güc tədbiq etməklə gerçəkləşdirmək qənaətini dəqiqləşdirdi.

Yeri gəlmişkən,Vətən müharibəsində dövlət syasətində sülh çağırışlarını prioritet istiqamət kimi önə çəkən Azərbaycan müttəfiqi Türkiyədən siyasi və mənəvi dəstək almaqla yanaşı, döyüş əməliyyatlarında bu ölkədə istehsal olunan “Bayraktar” PUA-larından geniş və intensiv istifadə etdi. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsindən sonra gerçəkləşən möhtəşəm Zəfər paradında da xalqı¬mızın yanında oldu, fərəhini bölüşdü, Prezident Rəcəb Tayyib Ərdoğanın bu möhtəşəmliyi ilə diqqət çəkən tədbirdə iştirakı isə Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırdı.

Türkiyə müharibədən sonra Qara¬bağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə dəstəyini bu gün də əsirgəmir. Vurğulamaq yerinə düşər ki, Türkiyədə son illərdə müdafiə sənayesinin sürətlə inkişafı nəticəsində bu ölkənin silah¬lı qüvvələri dünyanın ən güclü ordu birləşmələri sırasında dayanır. Çünki sülhə, əmin-amanlığa sadiq qalmasına baxmayaraq, dost dövlət hərbi quruculuğu diqqət mərkəzində saxlamasa, hər an işğalçı qüvvələrlə üzləşə bilər. Bax, elə bu gün də Türkiyənin terror qrupları ilə mübarizə aparması, torpaqlarını zəbt etməyə can atan qüvvələrlə döyüşməsi bunun bariz ifadəsidir.

“TEKNOFEST” festivalı ənənəsini uğurla davam etdirən qardaş ölkə ordu quruculuğuna daim önəm verir, ərazi bütövlüyünün qorunması, müdafiə sənayesinin inkişafı məsələlərini diqqətdə saxlayır. Şübhəsiz ki, bu amilə Azərbaycanda da xüsusi yanaşılır. Bakıda ilk dəfə keçirilən adı çəkilən tədbirə Azərbaycan gəncliyinin coşqu ilə qoşulması məhz bununla bağlıdır və bu, həm də respublikamızın elm-təhsil müəssisələrində hərbi texnologiyaya dərin maraq yaradılmasından irəli gəlir.

Qeyd edək ki, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu ölkənin müharibənin ilk savaşın haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Düşməndən təmizlənən torpaqlarda tikinti-quruculuqla bağlı ilk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir. Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Şuşa avtomobil yolu¬nun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistral yolun çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onlar digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyini əsirgəmirlər.

Ən əsası, Azərbaycan və Türkiyə iki dost, qardaş ölkə bu gün dünyada sarsılmaz birlik nümayiş etdirir və bu həmrəyliyin əsasında sülh, barış, əmin-amanlıq fəaliyyəti dayanır.



Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
aia.az


Geri dön