Ana Sayfa > Karusel / Səhiyyə > Daha 11 nəfər koronavirusa yoluxdu

Daha 11 nəfər koronavirusa yoluxdu


1-06-2022, 16:37. Yazar: sevinc1
Daha 11 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 778 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 017 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

Ölkədə son sutka ərzində 3948, hazırkı dövrədək isə 6 898 425 test aparılıb.

aia.az
Geri dön