Ana Sayfa > Siyasət > 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi


1-06-2022, 14:43. Yazar: sevinc1
44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi

Məlum olduğu kimi, Azərbaycan 44 günlük savaş nəticəsində bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə son qoydusa, digər tərəfdən yüz ildən artıq zaman kəsiyində formalaşdırılan Ermənistan ordusunun saxta döyüşkənlik mifini kökündən məhv etdi. Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası və müdafiəsi istiqamətində yeni fəaliyyət strategiyası ortaya qoydu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayanır. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda bərpa-quruculuq, yenidənqurma işlərinə başlandı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər dəfə rayonlara səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni obyektlərin təməlini qoyur.İşğaldan azad olunmuş ərazilərimiz tezliklə yenidən qurularaq sakinlərin öz evlərinə qaytarılması prioritet vəzifə olaraq qalır. Bu məqsədlə həmin regionlarda irimiqyaslı işlər görülür və yeni infrastruktur yaradılır.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı etdiyi çıxışlarında dəfələrlə bəyan edib ki, əsas hədəf bu torpaqların cənnətməkana çevrilməsi, əvvəlki simalarına qayıtmasıdır. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş miqyası ilə diqqətdədir. Böyük Qayıdışın astanasında olduğumuz göz önündədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ötən dövr ərzində bu istiqamətdə görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalmaq üçün xeyli vaxt lazımdır. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Reallıq budur ki, qarşıya qoyulan hədəflər uğurla icra edilir. Öncə yol infrastrukturu yeniləndi və bu istiqamətdə işlər davam edir. İşğaldan azad edilmiş ərazilərdə 15 fərqli layihə üzrə 1400 kilometrdən artıq uzunluqda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər də sürətlə davam edir. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda dirçələcəyinə, sakinlərini xoş ovqatla qarşılayacağına əminlik yaradır.

Ən əsası, 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Məqsəd insanların rahat yaşayışını təmin etmək, onların məmnunluğunu artırmaqdır. Bu gün Azərbaycan artıq yeni bir perspektivə köklənib. Dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışımızı həyata keçirə biləcəyik.




Roman Abbasov,
YAP Göygöl rayon təşkilatı üzrə Kapital Bank ASC-nin Göygöl filialı ərazi partiya təşkilatının sədri
aia.az






Geri dön