Ana Sayfa > Karusel / Ölkə > Ata 5 yaşlı oğlunu maşınla vurdu

Ata 5 yaşlı oğlunu maşınla vurdu


1-06-2022, 09:47. Yazar: sevinc1
Ata 5 yaşlı oğlunu maşınla vurdu

Abşeron rayonunda ata 5 yaşlı övladını avtomobillə vurub.

aia.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Vuqar Mehdiyev idarə etdiyi avtomobilini arxaya verərkən ehtiyatsızlıqdan 5 yaşlı oğlu Renat Mehdiyevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report)

aia.az
Geri dön