Ana Sayfa > İqtisadiyyat > Energetika naziri ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb

Energetika naziri ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb


31-05-2022, 18:06. Yazar: sevinc1
Energetika naziri ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib.

Görüşdə Cənub Qaz Dəhlizinin fəaliyyəti, təbii qazın hazırda Türkiyə və Avropa ölkələrinə nəqli, həmçinin dəhlizin genişləndirilməsindən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bərpa olunan enerji mənbələrindən elektrik enerjisi və hidrogenin istehsalı, eləcə də ixracı istiqamətində həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat verilib. Ölkəmizin “yaşıl” enerji üzrə prioritlərinin reallaşdırılmasının əhəmiyyəti Avropaya enerji tədarükünün şaxələndirilməsi aspektində dəyərləndirilib. Həm Xəzər dənizinin nəhəng külək potensialından istifadə, həm də Cənub Qaz Dəhlizinin ötürücülük gücünün artırılması ilə bağlı hədəflərə nail olmaq üçün qarşılıqlı əməkdaşlığın vacibliyi qeyd edilib.

aia.az


Geri dön