Ana Sayfa > Karusel / Gündəm > Yol polisi sürət həddini aşdı, cərimə başqasına göndərildi
Yol polisi sürət həddini aşdı, cərimə başqasına göndərildi31-05-2022, 11:53. Yazar: sevinc1 |
![]() Azərbaycanda 99-YP-978 dövlət nömrə nişanlı Yol Patrul Xidməti (YPX) avtomobili sürət həddini aşıb. aia.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Cərimə isə 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazılıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev isə bildirib ki, nöqsan artıq aradan qaldırılıb: "Sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və vətəndaşla bağlı elektron sistemdə təyin edilmiş cərimə cəzası silinib". aia.az Geri dön |