Ana Sayfa > Karusel / Gündəm > Bərdədə atasını güllələyən şəxs
Bərdədə atasını güllələyən şəxs31-05-2022, 10:26. Yazar: sevinc1 |
![]() Mayın 29-u saat 23 radələrində Bərdə rayonu, Mirzəcəfərli kənd sakini 1970-ci il təvəllüdlü Bulud Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə aia.az-a Bərdə rayon prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bulud Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Kənan Fərzəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |