Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Meymunçiçəyi pandemiyaya çevrilə bilər? -

Meymunçiçəyi pandemiyaya çevrilə bilər? -


31-05-2022, 09:22. Yazar: sevinc1
Meymunçiçəyi pandemiyaya çevrilə bilər? -

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.

aia.az xəbər verir ki, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”.

ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.

aia.az
Geri dön