Ana Sayfa > Gündəm > AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb

AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb


30-05-2022, 13:55. Yazar: admen
AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”da mükafatlandırılıb

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin II və III yeri tutan komandalarının mayın 29-da mükafatlandırılma mərasimi olub.

AİA.Az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) "TwoDice Sabah" komandası “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci, "Hi-Tech" komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yerə layiq görülüb.

AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası isə “Robotexnika” müsabiqəsinin A kateqoriyasında ikinci yerə layiq görülüb.
Geri dön