Ana Sayfa > Gündəm > Abadlaşan Qarabağ indi xoş günlərini yaşayı
Abadlaşan Qarabağ indi xoş günlərini yaşayı30-05-2022, 12:56. Yazar: admen |
![]() 104 il əvvəl bu xalq özünü müstəqil respublika elan etmişdi. İstiqlal Bəyannaməsı istiqlalımızın, milli dirçəlişimizin bəyanı, Şərqə doğan ilk günəş idi. Bir xalqın azad yaşamaq mədəniyyətinin göstəricisi idi. Bir xalqın özünəməxsus qaydalar, qanunlar çərçivəsində yaşamaq arzusu, hüquqi dövlətini yaratmağa siyasi baxışı idi. Və bunu bacardı da. Həm də hamıdan əvvəl bacardı. Ortaya qoyduğu yenilikçiliyi, azad yaşamaq kimi böyük mədəni hissləriylə, demokratik düşüncəsi ilə bacardı. 28 May 1918-ci il bu xalqın mədəni səviyyəsini, dünyagörüşünü, özünəinamını, özünə hörmətini sərgiləyən gün oldu. Lakin Rusiya imperiyasının yeni donda və yeni adla bərpası bu müstəqilliyin ömrünü qısa etdi. Cəmi iki il yaşayan AXC süquta uğradıldı. Müstəqilliyimiz qarşıda bizi gözləyən 70 ilin əsarətinə düşdü. Zorla, silah gücünə müstəqilliyimiz üzərində yeni hakimiyyət quruldu. Biz böyük bir imperiyanın gücünə tabe olmaq məcburiyyətində qaldıq. Rusiyanı yeni “Vətənimiz” deyə bizə təqdim etdilər. Lakin müstəqil olmaq mücadiləsindən əl çəkmədik. Qanımız, canımız sayəsində 1991-ci ildə 1918-ci ildə qazandığımız müstəqilliyimizi bərpa edə bildik. Lakin mənfur imperiya caynaqları bu müstəqilliyi doyunca yaşamağa imkan vermədi.Torpaqlarımız bir-birinin ardınca işğal olundu. Havadarlarına arxalanan erməni faşistləri torpaqlarımızda daşı daş üstündə qoymadı. Satdı-sovdu evlərimizin dam örtüyünədək, torpaqlarımızın yeraltı-yerüstü sərvətlərinədək, meşələrimizin ağaclarınadək. Uçurdu, sökdü tarixi abidələrimizi, məscidlərimizi. Həm də müstəqilliyin ilk illərində dövlətin idarəçiliyini ələ alaraq xalqı bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə ərazilərimizin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə dəvət olunduqdan sonra Xalq Cümhuriyyətinin qurucularının niyyətlərini böyük ustalıq və qətiyyətlə reallaşdırmağa başladı. Heydər Əliyev faktiki olaraq yeni müstəqil Azərbaycan yaratdı. Ümummilli lider Cümhuriyyəti qoruyub saxlamağın müstəqilliyi əldə etməkdən çox çətin olduğunu gözəl bilirdi. Bu səbəbdən XX əsrin əvvəllərində olduğu kimi, səhvlərə yol vermək olmazdı. Həm də XX əsrin 90-cı illərində qlobal geosiyasi mənzərə daha qarışıq və risklərlə dolu idi. Lakin Heydər Əliyevin zəkası, siyasi lider kimi qüdrəti bütün çətinlikləri aşmağa imkan verdi. Nəticədə, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi hazırda inamla inkişaf edir. İlham Əliyev bununla bağlı çox gözəl ifadə edib: "1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu Öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır... Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə yönəldilmiş siyasəti azərbaycanlıların bu ərazilərdə tarixi izlərini tamamilə silməyə yönəlmişdi. Azərbaycan hər zaman Ermənistanın törətdiyi bu cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və proses bu gün də davam edir. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün beynəlxalq platformalarda etdiyi çıxışlarında, xarici KİV-lərə müsahibələrində bu məsələlər barədə ətraflı məlumatlar verilir, inkarolunmaz dəlillər təqdim olunur. Dövlət başçımız mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında da bu məsələyə toxunmuş, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin ermənilər tərəfindən ölçüyəgəlməz dağıntılara məruz qoyulduğunu bir daha vurğulamışdır. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilmiş, rayonun tarixi-dini abidələri vəhşicəsinə dağıdılmış, təbii sərvətləri amansızcasına talanaraq bölgənin təbiətinə qarşı əsl ekosid həyata keçirilmişdir. Dünyada gedən siyasi proseslər və kataklizmlər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili stabilliyinə görə təhlükəsizlik və sabitlik diyarına çevrilib. Bunu ölkədə aparılan quruculuq prosesi, işğaldan azad olmuş ərazilərdə görülən işlər, cəmiyyətimizn daxili və xarici siyasətə müsbət reaksiyası bir daha sübut edir. Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir. Prezidentimizin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı dediyi kimi: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”. Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinin miqyası və əhatəliliyi hər kəsi heyrətləndirir. Yenidən qurulan yaşayış məntəqələrində birbaşa Prezident İlham Əliyevin tapşırığı əsasında, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilir. Zəngilan rayonunda Ağalı kəndinin bərpası, Ağdam şəhərinin yenidən qurulması layihələrində belə müasir trendlərdən istifadə edilir. Bütün bu işlərdə qarşıya qoyulan əsas məqsədlərdən biri də keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara, öz tarixi yurdlarına tezliklə qayıtmasını təmin etməkdir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Məhz elə buna görə də birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur. Burada müasir, böyük və rahat kənd salınır. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf kimi həyat üçün vacib olan amillər bu layihənin əsasında duran başlıca prinsiplərdir. Hazırda Zəngilanda böyük infrastruktur layihələri həyata keçirilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il həmçinin Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir ki, bu hava limanının çox böyük funksiyaları olacaq. Bütün bunlar o məqsədə xidmət edir ki, yaxın gələcəkdə Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilsin. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunun üçün geniş imkanlar yaradır. Müzəffər sərkərdəmizin dəmir yumruğu 44 gündə minlərlə zərbəyə çevrilib düşməni birdəfəlik torpaqlarımızdan rədd etdi. İndi Qarabağ xoş günlərini yaşamaqda, yenidən qurulmaqda, abadlaşmaqdadır. Sinəsindən düşmənin son izləri təmizlənir ki, yurddaşları evlərinə qayıda bilsinlər. Bu gün Qarabağ və Azərbaycan Müstəqillik Gününün sevincini yaşayır. Həm Müstəqillik Gününün, həm də azadlığının sevinci bir-birinə qarışıb. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |