Ana Sayfa > Dünya > "O, lesbiyandır, mənimlə yatmaq istədi"

"O, lesbiyandır, mənimlə yatmaq istədi"


17-05-2016, 13:52. Yazar: admin
"O, lesbiyandır, mənimlə yatmaq istədi"

Azərbaycanlı müğənni lesbiyandır.

Mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızının müsahibəsi qalmaqala səbəb olub. Müğənni Afaq Aslan bildirib ki, A.Vidadiqızı onun adını çəkmədən barəsində xoş olmayan fikirlər səsləndirib:

“Dünən həmkarımın mənim haqqımda söylədiyi açıqlamanı dostlarım oxuyub, mənə göndərdilər. Mən də oxudum, çox güldüm. Aytac adımı çəkmədən mənə şər atıb. Mənim barəmdə danışmaqla özünü reklam edir. Getsin sənəti ilə məşğul olsun. Yoxsa, açacam sandığı, tökəcəm pambığı. O insan hər zaman düzgün olmayan müsahibələr verir. Elə mələk donuna girib ki, guya ondan yoxdur. Müsahibəsindən sonra o qədər güldüm ki, bəlkə də həyatımda o qədər ürəkdən gülməmişdim”.

A.Aslan daha sonra şok iddia irəli sürüb. O deyib ki, xanım həmkarı ona intim münasibətdə olmağı təklif edib: “Bu Aytac həmin insandır ki, mən onun evinə söhbətə getmişdim ki, müəyyən edim ki, niyə mənim sevgilimlə yatmısan? Həmin vaxt o, qapını açarla bağladı ki, bu gecə mənimlə yatacaqsan. Mən səni buraxmıram. Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə. Ölürəm sənin üçün”. Razılaşmadım. Onun evindən qırğınla çıxmışam. Onda bildim ki, o lesbiyan imiş. Üzünə də deyərəm. Getsin, lesbiyanlığının dərdini çəksin. Otelləri tanımayan xanım, nədənsə otellərin ulduzuna çevrilib. Onu bütün respublika gözəl tanıyır. Nə yolun yolçusu olduğunu gözəl bilir”.

Qeyd edək ki, A.Vidadiqızı ötən gün Lent.az-a müsahibəsində bu sözləri demişdi: “Adını çəkmək istəmədiyim bir xanım həmkarım mənə şər atmışdı ki, “Sən mənim sevgilimlə gəzirsən”. Zəng eləyib mənə dedi ki, “Səni sevgilimlə oteldə görüblər”. Mən də dedim ki, heç mən bilmirəm ki, o otel harda yerləşir. Sonra öyrəndim ki, həmin həmkarım təkcə mənə yox, bir çox xanım müğənnilərə şər atıb. Mən heç kimin sevgilisini əlindən almamışam. Bu, şər idi".
Geri dön