Ana Sayfa > Ölkə > Balaca İslamı tək qoymayaq – Bu uşağın təcili yardımınıza ehtiyacı var!

Balaca İslamı tək qoymayaq – Bu uşağın təcili yardımınıza ehtiyacı var!


27-05-2022, 13:20. Yazar: sevinc1
Balaca İslamı tək qoymayaq – Bu uşağın təcili yardımınıza ehtiyacı var!

8 yaşlı İslam Rüstəmov 1 ildir ki, amansız oynaq ağrılarından əziyyət çəkir. Balaca İslam daha öncə müayinə və müalicə olunmasına baxmayaraq, məlum olub ki, onu düzgün diaqnoz qoyulmayıb və müalicə yanlış aparılıb. Bu səbəbdən, balaca İslam tezliklə Türkiyədə yerləşən Hacıtəpə Klinikasına aparılmalı, orada yenidən müayinə və müalicə olunmalıdır. Əgər vaxtında müalicə olunmazsa, o zaman İslam həyati risklərlə qarşı-qarşıya qalacaq.
Müalicə olunması üçünsə İslamın ailəsinin sizlərin maliyyə yardımına ehtiyacı var. Belə ki, ailənin imkanları məhdud olduğu üçün valideynləri azyaşlı uşağı müalicə etdirə bilmir. Türkiyədəki müalicə və müayinə üçün 10.000 AZN tələb olunur. İmkanlı şəxslərdən və gücü çatan hər bir vətəndaşımızdan xahişimiz budur ki, bu balaca övladımızın sağalması üçün əllərindən gələni əsirgəməsinlər. Gəlin, həmrəy olaq, bir ailəni, bir ananı gözüyaşlı qoymayaq, çətinliklərlə, ölümlə mübarizə aparan balaca İslama dəstəyimizi nümayiş etdirək!

Yardım etmək istəyənlər aşağıda qeyd olunmuş bank hesabına pul vəsaiti köçürə yaxud telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

Telefon nömrəsi: +994-70-297-58-59 (anası)

Bank hesabının detalları:
Kapital Bank
Kart məlumatları: 4169 7385 7239 0791, Gunay Asgarova


aia.az
Geri dön