Ana Sayfa > Media > Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının ərazi partiya təşkilatında Müstəqillik Günü münasibətilə tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının ərazi partiya təşkilatında Müstəqillik Günü münasibətilə tədbir keçirildi


25-05-2022, 16:01. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının ərazi partiya təşkilatında Müstəqillik Günü münasibətilə tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının, “Mirağa Ağayev küçəsi, 44”ünvanında yerləşən ərazi partiya təşkilatında Müstəqillik Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə rayon təşkilatının sədri Lütvəli Şıxəliyev və ərazi partiya təşkilatının sədri Ağa Əsədov məruzə ilə çıxış edərək Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın həyatında tarixi hadisə olduğunu və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifəsi kimi qiymətləndirdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin qısa zamanda böyük işlər gördüyünü, müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik dövlət, hökumət yaradaraq, Azərbaycanda demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasının qoyulduğunu qeyd etdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının xidmətlərini minnətdarlıq hissi ilə yad edərək onların gördüyü işləri və əziz xatirələrini xalqımız qəlbində əbədi yaşadacaqdır. Bu bayram günləri ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyətini təmin edənlərin hamısını böyük minnətdarlıq hissi ilə yad edirik.

aia.az
Geri dön