Ana Sayfa > Aktual > YAP Samux rayon təşkilatında 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin iştirakçısı ilə görüş keçirildi

YAP Samux rayon təşkilatında 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin iştirakçısı ilə görüş keçirildi


25-05-2022, 12:21. Yazar: sevinc1
YAP Samux rayon təşkilatında 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin iştirakçısı ilə görüş keçirildi


Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında 1-ci Rəqəmsal İdeya Müsabiqəsində 2-ci yeri qazanmış komandanın rəhbəri İlahə İlham qızı Əsgəova ilə görüş keçirildi. Görüşdə YAP Samux rayon təşkilatının 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin qeydiyyatından keçmiş fəalları iştirak etdi.

aia.az xəbər verir ki, may ayının 19-da Bakı Ali Neft Məktəbində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirilib.

Həmin müsabiqədə YAP Samux rayon təşkilatının fəallarından biri Əsgərova Ilahə İlham qızı Respublika üzrə seçilən 120 nəfər namizəddən biri olmuşdur.Müsabiqədə seçilən iştirakçılar 8 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş, komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar.İlahə Əsgərovanın rəhbərlik etdiyi komanda final mərhələsinədək mübarizə aparmış və 2-ci yeri qazanmışlar.

Bu münasibətlə təşkil edilmiş görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov İlahə Əsgərovanı təbrik edərək vurğulayıb ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilikli və bacarıqlı gənc nəsil formalaşıb. Onun sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib. Bu tipli layihələrin gələcəkdə də davam etdirilməsi gənclərimizin intellektual inkişafı üçün olduqca faydalıdır.

Sonra İlahə Əsgərova 1-ci Rəqəmsal İdeya Müsabiqəsi haqıında öz təəssüratlarını bölüşərək tədbir iştirakçılarını maraqlandıran suallara cavab verdi.

Görüşün sonunda YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov İlahə Əsgərovaya gül dəstəsi hədiyyə etdi.

aia.az
Geri dön