Ana Sayfa > Karusel / Dünya > Ukraynada daha bir Rusiya generalı

Ukraynada daha bir Rusiya generalı


24-05-2022, 18:11. Yazar: sevinc1
Ukraynada daha bir Rusiya generalı

Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynada öldürülüb.

aia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Vaxtilə K.Botaşevin tabeçiliyində xidmət etmiş 3 hərbçi generalın ölümünü təsdiqləyiblər.

Qeyd edək ki, mayın 22-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Luqansk vilayətinin səmasında Su-25 təyyarəsinin vurulmasına dair məlumat yaymışdı. Bildirilmişdi ki, pilot katapult edə bilməyib.

aia.az
Geri dön